Əli Nino” ABŞ Dövlət Departamentində göstərilib

   Amerika Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının (The Associates of the American Foreign Service Worldwide) təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin əsas zallarından biri olan Corc Marşal auditoriyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri icraçı prodüseri olduğuƏli Nino” filmi nümayiş olunub.

   Assosiasiyanın proqram direktoru Şeyla Svitzer çıxış edərək filmin Qurban SəidinƏli Nino” romanı əsasında çəkildiyini iki gənc arasında yaşanan sevgi hekayəsindən, I Dünya müharibəsi dövründə Azərbaycanda, eləcə , ümumilikdə Qafqaz regionunda baş verən hadisələrdən bəhs etdiyini qeyd edib.

   Assosiasiyanın prezidenti Coanna Asanasopoulos Oven filmin ABŞ Dövlət Departamentində nümayişi üçün göstərdiyi dəstəyə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib. O, “Oskar” mükafatçısı Asif Kapadianın rejissoru olduğu filmdə məşhur kino ulduzlarından Mendi Petinkinin, Adam Bakrinin, Mariya Valverdenin Halit Ergençin yer aldığını diqqətə çatdırıb.

   Səfir Elin Süleymanov çıxış edərəkƏli Nino” romanının tarixi əhəmiyyətindən danışaraq azərbaycanlı gürcü gənclərin birgə azad yaşamaq üçün mübarizə apardıqlarını, Azərbaycanın müstəqilliyi naminə böyük qurbanlar verdiklərini bunun da hazırkı gənc nəsillər üçün bir nümunə olduğunu vurğulayıb. Diplomat, filmdə göstərildiyi kimi, dövlət müstəqilliyinin həm Azərbaycan, həm Gürcüstan xalqları üçün qürur mənbəyi olduğunu bildirib, roman əsasında çəkilmişƏli Nino” filminin regionumuzdakı milli kimliklərin onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya biləcəyini qeyd edib. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyevaya, eləcə yaradıcı heyətə minnətdarlığını bildirib.

   Filmin təqdimatında Dövlət Departamentinin əməkdaşları, Vaşinqtonda akkreditə olunmuş səfirlər ictimai xadimlər iştirak ediblər.

Mədəniyyət.-2017.- 5 iyul.- S.10.