Xınalıq kəndində kino nümayişi

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən uzun fasilədən sonra Quba rayonunun yüksək dağlıq Xınalıq kəndində kino nümayişi təşkil edilib.

   İyulun 1-də Xınalıq kənd klubunda rejissor Ülviyyə Könülün "Həddən artıq uyğunluq" bədii filmi nümayiş etdirilib. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

   Tədbirdə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçisi Söhrab Əmrahov iştirak edib. Kənddə gələcəkdə də mütəmadi olaraq filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub. Bunun üçün regional idarə tərəfindən Xınalıq kənd klubuna proyektor dəsti, noutbukyeni lentə alınmış kino diskləri verilib.

Mədəniyyət.-2017.- 5 iyul.- S.10.