Səs eksperimentləri”ndə saz, caz rokun sintezi

   İyunun 30-da YARAT Müasir İncəsənət MərkəzindəSəs eksperimentləriadlı konsert keçirilib. İlk dəfə keçirilən eksperiment xarakteri daşıyan konsertdə klassik aşıq havaları caz rokla sintez halında təqdim olunub. Azərbaycan Aşıqlar Birliyinin dəstəyi təşkilatçılığı ilə keçirilən tədbirAraz Ozaraqrupu ilə gənc aşıq Elvin Mehmanlının zəhməti əsasında ərsəyə gəlib.

   Konsertin əvvəlində çıxış edən Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı aşıq musiqisinin Azərbaycan mədəniyyətində tutduğu yerdən, onun beynəlxalq aləmdə təbliği istiqamətində son zamanlar həyata keçirilən məqsədyönlü tədbirlərdən, aşıq musiqisinin yeni keyfiyyətdə təqdim edilməsi üçün onun caz, rok digər musiqi janrları ilə sintezinin maraqlı olmasından danışıb.

   Araz Ozara Elvin Mehmanlı ilə yanaşı, aşıqlar Əli Tapdıqoğlu, Kamil Cəfərov, Gülbəniz Məmmədova, Elçin Əziyev Ramin Sadıqovun da iştirak etdiyi konsertdəDədə Qorqudkompozisiyası, “Qarabağ şikəstəsi”, eləcə Şirvan müxəmməsi”, “Quba Kərəmi”, “Şəqayı gəraylı”, “Koroğlu cəngisi digər aşıq havaları caz rokla sintezdə səslənib.

   Alqışlarla qarşılanan konsertin təşkilatçıları eksperiment kimi təqdim etdikləri bu işi gələcəkdə davam etdirəcəklərini bildiriblər.

Mədəniyyət.-2017.- 5 iyul.- S.10.