Əməkdar artist Telman Əliyev dünyasını dəyişib

   Azərbaycan mədəniyyətinə itki üz verib. Teatr sənətinin tanınmış nümayəndəsi, istedadlı teatr kino aktyoru, Əməkdar artist Telman Rüstəm oğlu Əliyev 2017-ci il iyul ayının 4-də 69 yaşında vəfat edib.

   Telman Əliyev 1947-ci il noyabrın 2-də Şuşa şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayan aktyorSolğun çiçəklərtamaşasında Bəhram, “Almaz”da Baloğlan, “Vaqif”də Şeyx Alı, “O olmasın, bu olsun”da Məşədi İbad, “Əliqulu evlənir”də Əliqulu başqa səhnə əsərlərində çıxış edib.

   2000-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının heyətinə qəbul edilib. Teatrın səhnəsində Səməd bəy (“Lənkəran xanının vəziri” - M.F.Axundzadə), Şeyx Əhməd (“Ölülər” - C.Məmmədquluzadə), Balaxan (“Aydın” - C.Cabbarlı), Məhəmməd xan (“Qarabağnamə” - İ.Əfəndiyev), Baba, Hacı Məmmədtağı (“Poçt şöbəsində xəyal”, “Sənətkarın taleyi” - Elçin), Qüdrət Qurbanoviç, Dilənçi (“Köhnə ev”, “Varlı qadın” - Ə.Əmirli), Yoldaş Əmrah (“Bu dünyanın adamları” - Hidayət), Teromen (“Fedra” - J.Rasin), Oğlan (“Kaş araba aşmayaydı” - O.İoseliani), Zindan rəisi (“Qadın məhəbbəti” - V.Hüqo), Həkim (“Yaşlı xanımın gəlişi” - F.Dürrematt) kimi rolları yaddaqalan olub.

   Telman ƏliyevAcılar bitməz”, “Axınla aşağı”, “Cavad xan”, “Xoca”, “Qaydasız döyüş”, “O dünyadan salam”, “Şeytan göz qabağında”, “Yalan”, “Təlatümfilmlərinə, teleseriallara teletamaşalara çəkilib.

   Aktyorun milli teatr kino sənətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib. O, 1989-cu ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.

   Telman Əliyevin əziz xatirəsi onu sevənlərin qəlbində yaşayacaq.

   Allah rəhmət eləsin.

  

   Mədəniyyət Turizm Nazirliyi

   Azərbaycan Teatr Xadimləri İttifaqı

   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı  

Mədəniyyət.-2017.- 5 iyul.- S.11.