Xalq artisti Xumar Zülfüqarova vəfat edib

   Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Xumar Rza qızı Zülfüqarova 2017-ci il iyulun 2-də, ömrünün 90-cı ilində vəfat etmişdir.

   Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr kino aktyoru Rza Əfqanlının ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir.

   1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı Rəqs Ansamblının solisti bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol konsert üzrə birliyin ilk baş baletmeysteri olmuşdur. Üzeyir HacıbəylininKoroğluoperası əsasında rəqs qurmuş, Qara QarayevinYeddi gözəlbaletində çıxış etmiş, filmlərdə çəkilmişdir.Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli Kərəm”, “Leyli Məcnunoperalarında rəqqasə qismində mahircəsinə çıxış etmişdir. Rusiya, İraq, ABŞ Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Azərbaycan peşəkar rəqs sənəti nümunələrini nümayiş təbliğ etmişdir.

   1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, respublikanın xalq əməkdar artistləri onun yetirmələridir.

   Xumar Zülfüqarovanın xoreoqrafiya rəqs sənəti sahəsindəki fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycanın ali təltiflərindən olanŞöhrətordeninə layiq görülmüşdür.

   Görkəmli rəqs ustası, tanınmış baletmeyster səmimi insan Xumar Zülfüqarovanın əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

   Allah rəhmət eləsin.

Mədəniyyət.-2017.- 5 iyul.- S.11.