Gənclərin təqdimatında “Anamın kitabı” tamaşası göstərilib

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə “NUR” yaradıcı gənclər teatrının təqdimatında S.Bəhlulzadə adına Mədəniyyət sarayında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinin tamaşası göstərilib.

   Təqdimatda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə üzrə mərkəzin direktoru Hacı Əliyev, Xalq artisti Ağaxan Salmanlı və digər qonaqlar iştirak ediblər.

   Teatrın yaratdığı bu səhnə işi yaradıcılıq fəaliyyətində ilk addım olsa da, tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

   Qeyd edək ki, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə üzrə mərkəzin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “NUR” yaradıcı gənclər teatrının bədii rəhbəri Nurel Kərim, quruluşçu rejissoru Nurlan Həsənzadədir.

Mədəniyyət.-2017.- 5 iyul.- S.11.