“Nar bağıKarlovı Varı festivalında

   Rejissor İlqar Nəcəfin “Nar bağıbədii filmi Çexiyada Karlovı Varı Beynəlxalq kinofestivalında təqdim olunub.

   Azərbaycanfilmkinostudiyası Buta Film” kino şirkətinin birgə istehsalı olan film festivalınQərbin Şərqimüsabiqə proqramında nümayiş olunub. Nümayişdə iştirak edən İlqar Nəcəf xarici mətbuat nümayəndələri tamaşaçıları maraqlandıran sualları cavablandırıb.

   Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

Mədəniyyət.-2017.- 5 iyul.- S.11.