“Qarınqulu ayı balası” işıq üzü görüb

   Tanınmış uşaq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” adlı yeni nağıl kitabı işıq üzü görüb.

   Nağıl kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulubsevimli heyvanların dili ilə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürmək, eləcə də uşaqlara düzgün danışmağın xeyrini göstərmək məqsədini daşıyır.

   Nağıl “CBS” mətbəəsində rəngli şəkillərlə yüksək poliqrafik keyfiyyətdə çap olunub. İllüstrasiyaların müəllifi gənc rəssam Adilə Qurbanovadır.

Mədəniyyət.-2017.- 5 iyul.- S.15.