“Muğamın müasir dinləyiciləri” layihəsinin konserti keçirilib

 

 

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının təşkilati dəstəyi ilə “Muğamın müasir dinləyiciləri” layihəsinin konserti keçirilib.

   Bakı Musiqi Akademiyasının yanında Opera studiyasının konsert salonunda 30 iyun tarixində gerçəkləşən konsertin keçirilməsində məqsəd muğamın digər musiqi janrları ilə sintez olunaraq ifa edilməsidir.

   Layihə çərçivəsində musiqiçi mütəxəssislərin iştirakı ilə müxtəlif çalğı alətləri ilə ifa üçün 10 muğam parçası seçilibbu parçaları ifa etmək üçün qruplar yaradılıb. Muğamlar digər musiqi janrları ilə sintez edilərək tar, kamançaqavaldan əlavə digər xalqlara mənsub musiqi alətləri ilə ifa edilib.

   Yalnız tələbələrin cəlb olunduğu layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

Mədəniyyət.- 2017.- 7 iyul.- S.13.