Milli Konservatoriyanın tələbəsi İtaliyada uğur qazanıb

 

 

 

   Azərbaycan Milli Konservatoriyasının İfaçılıq (xalq çalğı alətləri - balaban) fakültəsinin birinci kurs tələbəsi Ramin Pələngov İtaliyadaTestene Art San Marino” beynəlxalq musiqi müsabiqəsinin qalibi olub.

   20-dək ölkənin təmsil olunduğu müsabiqədə “Sarı gəlin” Azərbaycan xalq mahnısını və “O Sole Mioitalyan mahnısını ifa edən R.Pələngov birinci yerə layiq görülüb.

   İyulun 4-də Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi Ramin Pələngovu təbrik edib. Bildirib ki, istedadlı tələbələrimizin beynəlxalq mükafat qazanması ölkəmiz üçün böyük nailiyyətdir.

   Qeyd edək ki, müsabiqə iştirakçıları layihə çərçivəsində FlorensiyaVenesiya şəhərlərində İtaliya mədəniyyəti ilə daha yaxından tanış olublar.

 

 

Mədəniyyət.- 2017.- 7 iyul.- S.2.