Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün son məşqi

 

 

 

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mövsümün son günlərində Fridrix Dürrenmattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Əsəri rus dilindən Dilsuz Mustafayev tərcümə edib.

   Yeni səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

   Tamaşada obrazları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Sövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Ramil Məmmədov, Aygün Fətullayeva və başqaları canlandıracaq.

   “Dəlixanada qətl” yeni mövsümdə, 2017-ci ilin sonunadək teatrsevərlərin ixtiyarına veriləcək.

 

Mədəniyyət.- 2017.- 7 iyul.- S.6.