Qədim muğamın 50 illik ekran ömrü

 

 

   Şurteleviziya filminin yubileyi qeyd olunub

  

   İyulun 4-də Beynəlxalq Muğam MərkəzindəŞurteleviziya filminin 50 illik yubileyi qeyd olunub.

   Mərasimdə filmin rejissoru, Xalq artisti Arif Qazıyev, görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədov filmin operator assistenti, Əməkdar incəsənət xadimi Fazil Hadıyev ekran əsərinin çəkilişləri ilə bağlı xatirələrini bölüşüblər.

   Qeyd olunub ki, 1967-ci ildə Azərbaycan televiziyasının istehsalı olan bu film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bir il sonra isə film Tbilisidə “Prometey-68” kinofestivalında mövzunun orijinal həllinə görə xüsusi diploma layiq görülüb.

   Operator Rasim Ocaqovun italyan neorealizminə uyğun olaraq çəkdiyi ağ-qara kadrlar filmin musiqinin ahəngini tamamlayırdı. Ekran əsəri Azərbaycan televiziyasınınqızıl fondu”nda saxlanılan ən dəyərli nümunələrdəndir. Təsadüfi deyil ki, “Şurdəsgahı bu gün ustad sənətkarlarla yanaşı, gənc xanəndələrin repertuarını bəzəyir.

   SonraŞurteleviziya filmi nümayiş olunub. Yubiley mərasimi xanəndələrin ifaları ilə davam edib.

 

Mədəniyyət.- 2017.- 7 iyul.- S.10.