“Baku Guide” bələdçi kataloqunun mobil tətbiqi istifadəyə verilib

 

 

 

   Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq 2014-cü ildən işıq üzü görən "Baku Guide" bələdçi kataloqunun artıq mobil tətbiqi istifadəçilərin ixtiyarına verilib.

   Azərbaycan ingilis dillərində hazırlanan mobil tətbiq vasitəsilə “Baku Guide” bələdçisinin çap versiyasının müvafiq sayları ilə rahat şəkildə tanış olmaq, məqalə informativ materialları oxumaq, şəhərin mədəni həyatı, istirahət əyləncə məkanları, alış-veriş mərkəzləri s. haqqında, eləcə muzey sərgi salonlarının, kinoteatr, teatr konsert müəssisələrinin afişa aylıq repertuarı barədə məlumat almaq mümkündür.

   Qeyd edək ki, "Baku Guide" bələdçi kataloqunun iyun-iyul buraxılışı yay mövsümünün qarşıdakı ən maraqlı hadisələri, iyulun 27-dən 31-dək davam edəcək 2-ci “JARA” musiqi festivalı digər mədəni tədbirlər, turistik məkanların istirahət əyləncə proqramları haqqında informasiyalarla zəngindir. Bələdçi kataloqunun tematik bölmələri, müxtəlif rubrikaları şəhərdə harada necə istirahət etmək, tarixi məkanlara ziyarət, milli mətbəxin ləziz yeməklərindən dadmaq, Xəzər sahilində, qızılı qumlu çimərliklərdə yayın dadını çıxarmaq istəyən kiçikdən böyüyə, cavandan yaşlıya hər kəs üçün zövq marağa uyğun informasiya təqdim edir.

   Bu baxımdan mobil tətbiqin asan axtarış sistemi bütün məlumatları sizə bir düymə qədər yaxın edəcək. Bundan əlavə, “Hara getməlibölməsində siz asanlıqla lazım olan ünvanı tapa bilərsiniz. Bu bölmədə hotel, restoran, kafe, alış-veriş mərkəzləri, muzeylər, qalereyalar, tarixi məkanlar s. haqqında məlumat almaq, ünvan əlaqə telefonlarını dəqiqləşdirmək çox asan əlçatandır.

   Ən müasir texnoloji yeniliklərin tətbiq olunduğu “Baku Guide” mobil tətbiqini İOS Android əməliyyat sistemli bütün smartfonlar tam dəstəkləyir App store-dən yükləmək olur. Mobil tətbiqin bir digər üstünlüyü isə online rejimdə yüklənən materialların şəbəkə xaricində olduqda da əlçatan olmasıdır.

   Beləliklə, “Baku Guide” həm çap versiyası, həm mobil tətbiqi ilə turistlər, şəhərimizin qonaqları, eləcə şəhər sakinləri üçün ən yaxın bələdçi rolunu oynayacaq.

   Mobil əlavəni aşağıdakı linklərdən yükləyə bilərsiniz:

   Android üçün -  https://play.google.com/store/apps/details?id=az.bakuguide.app

 

   İOS üçün -  https://itunes.apple.com/az/app/bakuguide/id1204761523

 

Mədəniyyət.- 2017.- 12 iyul.- S.16.