Musiqili Teatrın kollektivi Tehrandan qayıdıb

 

   İranda Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 7-də və 8-də Azərbaycan Dövlət Musiqili Teatrının heyəti Tehranda Üzeyir Hacıbəylinin “Ər və arvadmusiqili komediyası əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib. İranlı teatrsevərlər qarşısında uğurla çıxış edən kollektiv Bakıya qayıdıb.

   “Tamaşanın hər iki nümayişi böyük coşquya səbəb oldu, əsl anşlaq yaşandı. İranın müxtəlif bölgələrindən - Ərdəbildən, Təbrizdən, Miyanədən, Kirmanşahdanbaşqa şəhərlərdən tamaşanı izləməyə gəlmişdilər. Yerli teatrsevərlər səngimək bilməyən alqışları, gül dəstələri ilə sevgilərini nümayiş etdirirdilər. Düşünürəm ki, 107-ci teatr mövsümünün sonunda Tehrandakı çıxışımız ölkəmizin və teatrımız adına çox böyük bir uğur oldu”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.

   Tamaşadan sonra ölkəmizin İrandakı səfiri Bünyad Hüseynov və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin rəhbəri Əsgər Farsi səhnə arxasına gələrək teatrın kollektivi ilə görüşüb.

   Qeyd edək ki, “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir AğayevYelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

   Rolları əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

 

Mədəniyyət.- 2017.- 12 iyul.- S.8.