Əslən Xocalıdan olan balaca pianoçunun növbəti uğuru

 

 

 

   Azərbaycanlı gənc pianoçu, əslən Xocalıdan olan Brilyant Məmmədli İsveçrənin Val de Traver regionunda keçirilənGənc ifaçıların beynəlxalq müsabiqəsi”ndə iştirak edib.

   İsveçrədə fəaliyyət göstərənAzərbaycanın DostlarıBirliyindən bildiriblər ki, Naftalan şəhər Uşaq musiqi məktəbində təhsil alan 11 yaşlı pianoçu müsabiqədə İ.S.Bax, V.A.Motsart Niyazinin əsərlərini məharətlə ifa edərək ikinci yerə layiq görülüb.

   Xatirə Qəmxarovanın yetirməsi olan Brilyant ötən il VyanadaEdelvays” beynəlxalq müsabiqəsində də ikinci yeri tutub.

 

Mədəniyyət.- 2017.- 12 iyul.- S.5.