Qubada beynəlxalq folklor-rəqs festivalı keçirilib

 

 

   Quba şəhərindəkiYaşıl teatr”daDostluq körpüsüadlı Uşaqların gənclərin II Beynəlxalq folklor-rəqs festivalı keçirilib. Festivalda Azərbaycan, İsrail, Rusiya (Qaraçay-Çərkəz Şimali Osetiya-Alaniya respublikaları), İran, Moldova, Gürcüstan Latviya nümayəndələri iştirak edib.

   Konsert proqramından əvvəl festival iştirakçıları ilə rayon İcra Hakimiyyətində görüş təşkil olunub. Qonaqlara rayon haqqında ətraflı məlumat verilib xatirə hədiyyələri təqdim edilib.

   Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə keçirilən, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyan festivala müxtəlif rəqs qruplarının kollektivlərin tərkibində, ümumilikdə 700 nəfərdən çox iştirakçı qatılıb. Onlardan 576-sı qonaq, 130-u isə yerli iştirakçıdır.

   Tədbirdə məlumat verilib ki, rayon Uşaq yaradıcılıq mərkəzinin dərnək üzvləri 2011-ci ildən ənənəvi olaraq bir sıra beynəlxalq festival müsabiqələrdə uğurla iştirak edərək mükafatlara layiq görülüblər.

   Artıq ikinci ildir keçirilən rəqs folklor bayramı rayon sakinləri qonaqlar tərəfindən maraqla qarşılanıb.

   Dostluq körpüsüadlı Uşaqların gənclərin II Beynəlxalq folklor-rəqs festivalının ilk təqdimatı iyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib.

   Festival iştirakçılarının daha bir konserti isə iyulun 11-də Bakı şəhərində təşkil olunub.

 

Mədəniyyət.- 2017.- 12 iyul.- S.7.