Ədəbiyyatşünas soydaşımız haqqında kitab nəşr edilib

 

 

 

   Səmərqənddə yaşamış soydaşımız, görkəmli pedaqoq, ədəbiyyatşünas, ictimai xadim, jurnalist, tərcüməçi Seyid Rza Əlizadə haqqında özbək dilində “Seyid Rza əbədiyyəti” adlı kitab çap edilib. Daşkənddə işıq üzü görən nəşrdə Seyid Rza Əlizadə irsinin tədqiqatçısı, professor Qeybulla Əs-Salom, ədibin nəvəsi Fərhad Əlizadə və digər tədqiqatçıların onun haqqında məqalələri toplanıb.

   Seyid Rza Əlizadə XX əsrin əvvəllərində Türküstanda xalq maarifinin təşkilində mühüm xidmətlər göstərib. Onun təşkilatçılığı ilə 1907-ci ildə Səmərqənddə “Həyat”, bir il sonra isə “Yeni həyat” adlı məktəblər fəaliyyətə başlayıb. Seyid Rza Əlizadə özbək, tacikOrta Asiyada yaşayan farsların ilk “Əlifba” kitabını, tacik dilinin ilk qrammatikasını yazıb, ilk ikicildlik rusca-tacikcə lüğəti tərtib edib. Həmçinin ibtidai sinif şagirdləri üçünCoğrafiya”, “Tarix”, “Riyaziyyat”, “Həndəsə”, “Astronomiya” və “Ərəb dilinin qrammatikası” kitablarını hazırlayıb.

   Soydaşımız 1937-ci ildə digər günahsız ziyalılarımız kimi sürgün olunub, 1945-ci ildə Vladimir həbsxanasında vəfat edib. 1958-ci ildə ona bəraət verilib. Nəvəsi Fərhad Əlizadə 1987-ci ildə çox çətinliklə babasının nəşini Vladimir şəhərinin məhbuslar üçün nəzərdə tutulmuş qəbiristanlığından Səmərqəndə gətirib və “Pəncab” qəbiristanlığında dəfn edib.

 

Mədəniyyət.- 2017.- 12 iyul.- S.10.