Xalq yazıçısı Elçinin hekayəsi Özbəkistan mətbuatında

 

 

 

   Xalq yazıçısı ElçininQatar. Pikasso. Latur. 1968” hekayəsi Özbəkistanın “Səadət” qadın jurnalında özbək dilində dərc edilib. Hekayəni orijinaldan şair və tərcüməçi Usman Kuçkar çevirib.

   Elçinin əsərləri Özbəkistanda kifayət qədər tanınır. Onun “Baladadaşın ilk məhəbbəti” və “Baladadaşın toy hamamı” povestləri “Cahan ədəbiyyatı” jurnalında, hekayələri isə müxtəlif ədəbi qəzet və jurnallarda dərc olunub. Yazıçının ikicildlikSeçilmiş əsərləri” yaxın günlərdə özbək dilində işıq üzü görəcək.

 

Mədəniyyət.- 2017.- 12 iyul.- S.10.