Ölkəmiz Parisdə moda nümayişində təmsil olunub

 

 

   ParisdəCrillonmehmanxanasında 20-ci “Oriental Fashion Show” moda nümayişi keçirilib. Ölkəmizi Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin modelləşdirmə kafedrasının dosenti, rəssam-modelyer Fəxriyyə Xələfova təmsil edib.

   Tədbirin aparıcısı azərbaycanlı modelyeri təqdim edərək onun ölkəmizin zəngin mədəni irsindən ilhamlandığını bildirib. Qeyd edib ki, Türkiyədə Xüsusi ali bədii dizayn məktəbində təhsil almış modelyer karyerasına 1998-ci ildən başlayıb. F.Xələfovanın əsas prinsipi milli geyimlərin müasir geyimlərə transformasiyası, klassik müasir üslubun kombinasiyasıdır. O, bir çox beynəlxalq mükafatlara layiq görülüb. “Oriental Fashion Show”da ilk dəfə 2014-cü ildə iştirak edən F.Xələfova bu il şouya yeni kolleksiya ilə gəlib.

   Qeyd edək ki, məşhur azərbaycanlı modelyer Rusiya, Qazaxıstan, Belarus, Ukrayna, Latviya, Almaniya, Yaponiya, Türkiyə, Gürcüstan, Monako, MisirVyanada moda nümayişlərində, müsabiqələrdə, sərgilərdə maraqlı kolleksiyalarla iştirak edib.

 

Mədəniyyət.- 2017.- 12 iyul.- S.16.