Ağdaşda Milli Kitabxananın metodikbiblioqrafik vəsaitlərinin təqdimatı

 

 

   Xəbər verdiyimiz kimi, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Azərbaycan Milli Kitabxanasının iştirakı ilə regionlardaKitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda səyyar seminar-treninqlər keçirir.

   11-15 iyul tarixini əhatə edən növbəti seminara Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin (Ağdaş, Ucar, Zərdab, Göyçay) tabeliyindəki MKS və kitabxana filiallarının informasiya-resursmultimedia işçiləri cəlb olunub.

   Seminar çərçivəsində Milli Kitabxananın son illərdə nəşr etdirdiyi 50-dən artıq metodikbiblioqrafik vəsaitin təqdimat mərasimi keçirilib.

   Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev Milli Kitabxananın təqdim olunan vəsaitlərinin yerlərdə kitabxanaların fəaliyyəti, innovativ yeniliklərin tətbiqi və oxuculara informasiya xidmətinin təşkilində əhəmiyyətindən bəhs edib.

   Milli Kitabxananın direktoru, professor Kərim Tahirov son illərdə nəşr edilən vəsaitlər barədə məlumat verib. Direktor həmçinin Milli Kitabxananın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsbət təcrübə kimi qəbul edilərək yerlərdə tətbiqi tövsiyə olunan “Açıq kitabxana” layihəsindən də söhbət açıb, bununla bağlı nəşr olunan 2 metodik vəsaiti kitabxanaçılara təqdim edib.

   Sonra kitabxanaçılara “Mütaliə mədəniyyəti, kitabla rəftar, oxucuların kitabxanaya cəlb olunmasının yeni formaları və kitabxanadan istifadəyə dair metodik tövsiyələr”, “Mütaliə mədəniyyətinin formalaşmasında kitabxanaların rolu”, kitab təbliğinin və oxucularla işin yeni metodlarından bəhs edən digər vəsaitlər təqdim olunub. Ümumilikdə Milli Kitabxana tərəfindən son iki ildə nəşr olunan 52 adda metodikbiblioqrafik vəsait bütün kitabxana işçilərinə paylanıb.

   Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Kitabxana işində yeni metodlarının və innovasiyaların tətbiqi təcrübəsi, oxuculara xidmətin yeni formaları” mövzusunda təqdimatla çıxış edib.

   Seminar-treninq çərçivəsində Milli Kitabxana tərəfindən 30 nüsxə yeni kitab Ağdaş rayon Mərkəzi kitabxanasına hədiyyə olunub.

  

 

Mədəniyyət.- 2017.- 14 iyul.- S.10.