Astara park-bulvarında səyyar kitabxana

 

 

 

   Yay mövsümü ilə əlaqədar Astara rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Dənizkənarı park-bulvarda səyyar kitabxana xidməti təşkil edilib. Rayon əhalisinin kitaba mütaliəyə olan marağını artırmaq məqsədilə təşkil edilən tədbirdə iştirakçılara müxtəlif kateqoriyalara aid kitablar təqdim olunub.

   Mərkəzi kitabxanada “Açıq kitabxana” layihəsi də həyata keçirilir. Gün uzunu davam edən xidmət zamanı insanların sərbəst kitab oxuması üçün mütaliə stolu da təşkil olunub. Azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə təşkil olunan “Açıq kitabxana” asudə vaxtın səmərəli keçirilməsi baxımından çox əhəmiyyətlidir.

 

Mədəniyyət.- 2017.- 14 iyul.- S.9.