Bir ömrün iki Şahlığı

 

 

 

Bunları Xətai yaşadı; birini qüdrətli dövlət naminə qadir Qılıncı, birini fəzilətli qəlblər adına nadir Qələmilə...

  

   Bu Qoşa şahlıq həm də qoşa körpü deməkdi; biri (tarixçəsi və misilsizliyi baxımından Birincisi) bir xalq kimi yaranışımızdan sonsuzluğumuzadək qılıncçılarımız arasında, digəri - əbədi Söz fatehlərimiz Nəsimi ilə Füzuli məsafəsində...

   Bu Qoşa körpü qoca tarixin yeni-yeni hadisə ìmüsafirlərinəî, təzə-təzə könül açanlarına köşk oldu...  

   Bu Körpülərdən bütün gələcəklərə gedəsi çox bənzərsiz maddi-mənəvi matahlar keçib. Birindən, məsələn, qılıncından kəsilən bəlli qalınlıqlı məlum top lüləsi, o birindən, misalçün, qələmindən çıxan ìBir sözî ì(Füzulinin ìSözî rədifli qəzəl-çeşməsinin mənbəyi də hesab ediləsi) gəraylısı:

  

   Sözünü bir söyləyənin

   Sözünü edər sağ, bir söz,

   Pir nəfəsin dinləyənin

   Yüzünü edər , bir söz.

  

   Söz vardır kəsdirər başı,

   Söz vardır kəsər savaşı,

   Söz vardır ağulu aşı

   Bal ilən edər yağ, bir söz...

  

   O ìgəlimli-gedimliî Körpülərin ìtale dəftəriîndən keçən iki elə fakt da var ki, bəşərin tale kitabında bənzəri yox. Biri - 14 yaşlı bu ìuşağınî (dünya təcrübəsindəki ìvəliəhdîliyi yalnız ìelanî edilənlərdən fərqli olaraq) aktiv şahlığa başlaması, digəri - 20 yaşında ìDəhnaməî həcmdə və səviyyədə poema yazması!..

   Bəşəriyyətin intellekt fenomenlərindən hesab edilən Karl Marksın ìSəfəvilər xanədanının banisi Şah İsmayıl on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdiî sözlərilə (ìikiliî olsa da) qiymətləndirilmiş bu bənzərsiz Qılınc və Qələm -

  

   Fenomeni -

  

   1487-ci il iyulun 17-də hələ ovaxtların ìtaylarîsız Azərbaycanının Ərdəbil şəhərində doğulub.

   Çox qısa ömürlü bu böyük ümummilli Zatın yaşadığı keşməkeşli həyat dramı ilə tanış olduqca, xəyal və təsəvvürlərdə qeyri-adi (gah real, gah irreal) hekayətlər də canlanır. Onlardan biri də belə ki, ata tərəfdən də (şöhrətli Şeyx Səfiəddin nəslinə mənsub Şeyx Cüneyd, Şeyx Heydər...), ana sarıdan da (Ağqoyunlu hökmdarı Uzun Həsən, Sultan Yəqub...) köklü-köməcli bir şəcərəyə malik İsmayıl ìöz əli, öz başıî çağlarınadək, daha çox, ìbəxt-taleî valideynliyi himayəsində böyüyüb...

   Atası Şeyx Heydər döyüş zamanı xəyanətlə öldürüldükdən sonra, 7 yaşlı İsmayıl (anası və qardaşları ilə birlikdə) həbsdə saxlanılır. Bir müddət sonra ìdövran hakimiî Rüstəm Mirzə onun qardaşlarından istifadə məqsədilə həbsdən azad etsə də, döyüşlər zamanı böyük qardaş Sultan Əlinin (və digər ìqızılbaşlarîın) qeyri-adi şücaətlərini görüb qorxuya düşür, öz sülaləsinə təhlükə hesab etdiyi Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir və Sultan Əlinin üstünə qoşun göndərib öldürtdürür (Bu qəsdi gözləyən Sultan Əli özünün varisi elan etdiyi İsmayılı Ərdəbilə göndərmiş, ìQızılbaşlarî isə, bu gələcək şahın axtarıldığından xəbər tutub, bir müddət Ərdəbildə, sonra Rəştdə gizlətmişdilər).

   Taledən ìBöyük Yolluî Şah Xətainin hələ ìadi İsmayılîlıq cığırlarından: Lahican - Gilan hakimi Mirzə Əlinin sarayı. Yeddi yaşlı İsmayıl Həsən xanın himayəsi altında Lələ Hüseynin təlim-tərbiyəsində. Altı il burada qalıb, tanınmış əmirlərdən döyüş təlim-təmrinləri, alim-üləmalardan dini və dünyəvi mətləbləri öyrənən İsmayıl 13 yaşında artıq müstəqil ictimai-siyasi fəaliyyətə başlayır. 1499-cu ilin avqustunda bir neçə ìqızılbaşî tayfa başçısı ilə qoşun toplamaqçün Ərdəbilə yollanır. 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalardan, habelə qarabağlılardan, ardınca talışlardan qoşulan 2 minə yaxın ìqızılbaşîla Ərzincana gəlir. Nəhayətdə, 7 min tərəfdarı ilə ilin sonunda Şirvana hücum, Fərrux Yassarın öldürülməsilə bitən qanlı savaş, daha bir neçə döyüş zəfərləri -

  

   Və...

  

   Tanrıdan ìBöyük Yolluî Şah Xətainin ìqeyri-adi İsmayılîlıq izlərindən:

   1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl - qoca tarixin bu ən azyaşlı real ölkə başçısı özünü şah elan edir, beləliklə də, paytaxtı Təbriz olmaqla, Azərbaycan Səfəvilər dövlətinin əsası qoyulur.

   Bu misilsiz Zaman Hökmdarının tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Murad ilə Həmədan yaxınlığındakı (21 iyun 1503) döyüş də qızılbaşların qələbəsilə nəticələnir. Ardınca...

   Bunların hamısını bir qəzet səhifəsində nəinki təfsilatı ilə, heç quruca xronolojiliklə də vermək qeyri-mümkün. Ancaq, hər halda (sonralar Karl Marksı belə heyrətləndirib ì14 ildə 14 ölkəî! dedirdən, adı zəmanələr dilinə ìədalətli idarəçiî, ìəsl sənət-incəsənət hamisiî kimi düşən) bu fatehin Səfəvilər dövlətinə qatdığı ərazi subyektlərindən bir-ikisinin adını çəkək: İran, Xorasan, İraq və digər ərəb-əcəmliklər...

   Bütün bunlar haqda yazılmış cild-cild kitabları, monoqrafiyaları oxuduqca, fikirləşib-xəyala daldıqca, təbii, soydaşi-vətəndaşi qürur hissləri keçirirsən. Lakin... hər məqamın fonunda ìÇaldıranî kabusu...

   Bu ìkabusîdan öncə, onu ona (ora) aparan cizgilər haqda.

   Hələ uşaqlıqdan ov, idman, cıdır və s. kimi, insanı bərkidib-sərvaxtlandıran işlərə böyük həvəsi olmuş bu nadir sərkərdəlik dühasına malik Şah həm də rəssamlıq, xəttatlıq, mütaliə (Uzun Həsənin məşhur Təbriz kitabxanası bünövrəsində yaratdığı yeni tipli zəngin kitabxanadan hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər) vurğunu olan, əsrlərlə ərəb-fars həqarətlərinə məruz türkcəmizi rəsmi dövlət dilinə çevirmək mücahidliyi edən, döyüşlər zamanı sənət adamlarını xüsusi mağarada cəmlətdirib xata-bəladan qoruyan, dinə bağlı, tamahdan tamamilə xali, ləyaqətini hər şeydən uca tutan, insanlıq gözəlliklərinə böyük hörmət bəsləyibən, hər şeydə gözəllik axtaran, daim xeyirxah işlərə can atıb, şər-şəbədədən çox uzaq olan, gözəl səsilə ìbərbədî alətində çalıb-oxuyan, ìYol daşını yol quşuna, Atma, qardaş, kərəm eyləî kimi ədli-rəhmdil nəbzli şeirlər yazan bu Şahın tarixdə ìiki qardaş qırğınıî kimi təfsir edilən məlum döyüşə əvvəlkilərdən az əzmlə hazırlaşma səbəbilə məğlub olması gözlənilən deyildimi...

   Ancaq, əlbəttə, ən böyük, ən başlıca zəfərdən - Səfəvilər dövlətini Yaxın Şərqin qüdrətli xanimanlarından birinə çevirdikdən sonra...

   Və həm də hansı təbii qaçılmazlıqlardan yana! Qəzəbli (ìqardaş qırğınıî anlağından xali) Sultan Səlimin başçılıq etdiyi top-zirehli (və iki-üç qat artıq tərkibdə qoşunlu) Osmanlı ordusu ilə tamamilə qeyri-bərabər bir döyüşdə!..

   Sonrakı illərdə vahid, böyük Azərbaycan ideyasına yatmayan Şəki hakimliyini, Şirvanşahları, habelə gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə salan ulu Şahımız Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən (1524-cü il mayın 23-də, 38 yaşında) vəfat etdi...

  

   Ölməz şeirləri isə əbədi ərməğan!..

  

   Vaxtının çoxunu dövlət taxtına işlətsə də, çox uca, zəngin bir irs qoyub getdi bu pir olmuşumuz. Bir-birindən gözəl əruz, heca, epik, lirik nümunələr saçdı - Qılıncıtək kəsərli, qəlbi kimi munis qələmindən. Bu nümunələr sevgi ìgizlinləriləî bərabər, döyüş açıqlarında da söyləndi. Bu poeziya qızılbaşları qəhrəmanlığa da səslədi, cismani-mənəvi gözəlliyə, saflığa, sədaqətə də. Bu misralar, böyük dünyaözgür duyumlu bir müəllif bağrından qopduğu üçün, mənsub olduğu xalqa dünyəviliklə bahəm, əbədi azadlıq ruhu, əxlaq-əqidə duyğuları da aşıladı:

  

   Dərindir bizim dəryamız, boylanmaz,

   Min bir kəlam desəm, biri anlanmaz.

   Ər kişi iqrarsız yola bağlanmaz,

   Qolları qoynunda yürüyüb gedər. -

  

   dedibu hikməti öz həyat-yaşam nümunələrinə haqq olaraq belə-belə yığcam söz çələngiylə davam etdi:

   

   Sufi isən, alıb-satma,

   Halalına haram qatma,

   Yolun əyrisinə getmə,

   Doğru yola nəzər eylə.

  

   Qalib sərkərdəlik nümunəsi olan bu şairin panteist ruhu bənzərsiz poeziya dünyasına təsir etsə , onun yaradıcılıq aləmini sırf təriqət poeziyasına çevirə bilməyib. Bu poeziya başlamından-qurtarımınadək real həyat, insan, hadisə qaynağına tapınır. Bu poeziyanın, bu qələmin gözləri dünyaya özündən əvvəlki ustadların baxışlarıyla baxır. Baş vurğusu da bu ki; insan övladı bu aləmdə yaxşı-yaman tutsa, ona uyğun da bəhrə görəsidir...

   çox ìadiî nümunələrlə sadə nəticəli arzulara qoşur:

  

   Neylərəm ol cənnəti, içində dildar olmasa?!

   Qoy onu viranə qalsın - bağçada bar olmasa...

  

   Bu şairin təsvirə aldığı təbiət elementləri belə başqa aşiq-şairlərin vəsf etdikləri ìsevgili-cananîları qismində:

  

   Bahar oldu ki, aləm gülşən oldu,

   Gözün , gör cahan rövşən oldu.

  

   Bəzəndi hər bir ağac bir gül ilə,

   Ağaclar cümlə gül pirahən oldu...

  

   O tür ìsevgili-cananîlardan yazanda isə, misralar həm təbiət qoxuyur:

  

   Qızıl gül, bağü bustanım, dersən?

   Fəda olsun sənə canım, dersən?

  

   Qərarü səbrü aramım tükəndi,

   Kəsildi külli-fərmanım, dersən?

  

   Əridi iliyim, qaldı sümüyüm,

   Bu təni tərk edər canım, dersən?

  

   Xətai can ilə çün səni sevdi,

   Sevən ölsünmü, sultanım, dersən?

  

   Bu misralardan sonra... daha deyib, yazasan?..

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 14 iyul.- S.12.