“Səsini unutma

 

    

   Yuğ teatrı da mövsümə yekun vurub

  

   Azərbaycan Dövlət Yuğ Teatrı mövsümə “Səsini unutma” tamaşası ilə yekun vurub. Teatrdan bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimkipyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında yeni əsərlərdəndir.

   Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində rejissor Gümrah Ömərin quruluşunda təqdim olunan səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımovdur. Rolları əməkdar artistlər Məmmədsəfa Qasımov, Amid Qasımov və Ləman Novruzova ifa ediblər. Tamaşa iki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəmanın vəfat etmiş qadını ilə ünsiyyətindən bəhs edir.

 

Mədəniyyət.- 2017.- 19 iyul.- S.3.