Muzey işçiləri üçün növbəti səyyar seminar-treninq

 

 

 

   Mədəni irsin yerlərdə qorunması, təbliği bərpası, turizm infrastrukturunun inkişaf etdirilməsində muzeylərin rolunun artırılması məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzi tərəfindən səyyar seminar-treninqlər təşkil edilib.

   Bu qəbildən növbəti tədbir iyulun 18-də Şəkidə təşkil edilib. Muzeylər canlı tarix, turizmə dəstəkdirmövzulu səyyar seminar-treninqə Şəki Regional Mədəniyyət Turizm İdarəsinin əhatə etdiyi bölgələrdən (Şəki, Oğuz, Qax, Zaqatala, Balakən) 56 muzey işçisi cəlb olunub.

   Seminar-treninqin açılışında Mərkəzin direktoru Ramazan Şabanov, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Xatirə Səlimli və şəhərdəki Tarix-diyarşünaslıq muzeyinin direktoru Yaqut Cəlalova iştirak edib. Treninq “Mədəniyyət haqqında” qanundan irəli gələn məsələləri, yerlərdə maddiqeyri-maddi mədəni irsin qorunması və bərpası, muzey işinin təşkili və turizmin inkişafı məsələlərini əhatə edir.

   Mərkəzin əməkdaşları, eləcə də Azərbaycan İstiqlal Muzeyinin fond müdiri Aidə AxundovaMilli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Sahibə Ələkbərova tərəfindən aparılan treninq 22 iyul tarixinə qədər davam edəcək.

 

 

Mədəniyyət.- 2017.- 19 iyul.- S.4.