“Retro Bakılayihəsində konsertlər davam edir

 

 

 

   Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin təşkilatçılığı ilə artıq ikinci ildir yay mövsümündə “Retro Bakılayihəsi həyata keçirilir.

   Baş idarədən bildirilib ki, layihə çərçivəsində növbəti konsertlər iyulun 21-də 22-də ənənəvi olaraq Fəvvarələr meydanında baş tutacaq. Bu həftə “Retro Bakı”nın qonaqları müğənnilər Elnarə Xəlilova Roza Zərgərli olacaq.

   Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının səmərəli keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədi daşıyır. “Retro Bakı” hər həftəsonu axşam saatlarında Fəvvarələr meydanında maraqlı konsert proqramı və tanınmış müğənnilərin iştirakı ilə sentyabrın 15-dək davam edəcək.

 

Mədəniyyət.- 2017.- 21 iyul.- S.16.