İslam həmrəyliyi ili”nə həsr olunmuş konfrans

 

 

   İyulun 20-də Zaqatala rayon Mərkəzi kitabxanasında “İslam həmrəyliyi ili” ilə əlaqədar “İslam həmrəyliyi - zamanın tələbi, milyonların arzusu” adlı elmi-praktik konfrans keçirilib. Kitabxananın direktoru Gülniyar Məmmədovanın açılış sözündən sonraİslam həmrəyliyi ilidünyaya bir mesajdır” adlı slayd nümayiş etdirilib.

   Sonra kitabxananın əməkdaşları Yasəmən Məmmədova, Leyla Mustafayeva, Sevda Rəhimova, İndira Abdullayeva, Ayşə Rəşidova mövzuya dair məruzələrlə çıxış ediblər.

   Rayon İcra Hakimiyyətinin əməkdaşı İlqar Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Zaqatala şöbəsinin əməkdaşı Sərxan Tahirzadə və digər çıxış edənlər ölkəmizdə dini etiqad azadlığı və dini tolerantlıqdan, dünyaya nümunə olan islam həmrəyliyindən söz açıblar.

 

 

Mədəniyyət.- 2017.- 21 iyul.- S.6.