Azərbaycanlı fotoqraf beynəlxalq müsabiqədə medal qazanıb

 

 

   AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) Sloveniyada keçirilən “Lumen 2017” fotomüsabiqəsində gümüş medala layiq görülüb.

   FIAP-ın təşkilati dəstəyi ilə beş ildən bir keçirilən fotomüsabiqəyə dünyanın 30-dan çox ölkəsindən fotojurnalistlərin işləri təqdim edilib. İlqar Cəfərovun mükafata layiq görülən “Trampoline” fotoşəkli 2016-cı ilin martında batut gimnastikası üzrə Dünya kuboku yarışları zamanı Bakıda Milli Gimnastika Arenasında çəkilib.

   Xatırladaq ki, keçən il AZƏRTAC-ın fotomüxbiri AFIAP - Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının rəssamı adına layiq görülüb.

 

Mədəniyyət.- 2017.- 21 iyul.- S.12.