Ölkəmiz Litvada beynəlxalq festivalda təmsil olunub

 

 

   Xəbər verdiyimiz kimi, Litvada UNESCO-nun himayəsi ilə beynəlxalq festival keçirilib. Lauks-Nosadlı festivalda ölkəmiz təmsil olunub.

   Tədbirdə xanəndə Könül Məmmədli, tarzən Ədalət Behbudov kamança ifaçısı Pərviz Fərhadovdan ibarət üçlük iştirak edib.

   Festivala Bolqarıstan, Estoniya, Gürcüstan, İspaniya, Xorvatiya, Latviya, Litva, MakedoniyaUkrayna təmsilçiləri də qatılıb. Təmsilçilərimiz festivalda xalq və bəstəkar mahnılarını, muğamlarımızı səsləndiriblər.

   Muğam televiziya müsabiqəsinin laureatı Könül Məmmədli Azərbaycan Milli Konservatoriyasında təhsil alır. Respublika və beynəlxalq müsabiqələr laureatları Ədalət Behbudov Bakı Humanitar Kollecində, Pərviz Fərhadov isə Azərbaycan Milli Konservatoriyası və Respublika İncəsənət Gimnaziyasında müəllim işləyir.

 

 

Mədəniyyət.- 2017.- 21 iyul.- S.5.