Gizli xəzinələri ilə Türkiyəm”

 

 

   Bakıda fotosərgi açılıb

  

   İyulun 20-də Bakı Yunus Əmrə İnstitutunda Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtım müşavirliyinin birgə təşkilatçılığı ilə Sebahat DöğerinGizli xəzinələri ilə Türkiyəm” adlı fotosərgisi açılıb.

   Sərgidə Türkiyənin müxtəlif bölgələrində çəkilmiş 30-dək fotoşəkil yer alıb. İki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, ölkəmizin tarixiturizm məkanlarının tanıdılması baxımından əhəmiyyət daşıyan sərgi iyulun 23-dək davam edəcək.

 

 

Mədəniyyət.- 2017.- 21 iyul.- S.2.