Füsunkar Səs-Səda Sabiri

 

  

 

   Tək elə füsunkar yox, gözəl yox, həm də tamamilə bənzərsiz, başdan-başa özəl Səs-Səda sahibi Sabir Mirzəyev...

  

   Cəmiyyət mayalı bu avaz - öz təbii-tanrısal məlahətləri müqabilində tarixən dar-darısqal qəfəslərlə “mükafat”landırılan təbiət sakinlərininkindən də ləli-lətifi!

   Bu sənətkar “heç kimin deyil, - hamınındır!” mənsub-məxsusiyyətli muğam xəzinəsinin saysız-hesabsız xanəndələr tərəfindən ifa olunmuşÇahargah” külçəsinin ən mahir zərgər-müəllifi...

     

   Sözün burdan beləsini onun özünüifadə vasitəsilə - özü də, hamıdan çox sevib-oxuduğu, ən ucqar, ən “kəndçi” toylarda belə geniş yer verdiyi ulu Füzulinin vəhyi-möhür qəzəllərindən birinə ad elədiyi SÖZlə yox, bəndəniz tərəfdən aşıq-ozan “ərz”i olan sazla yazılmalı, siz tərəfdənsə... elə eləcə oxunmalı. Amma elə də çox yox, ta növbəti yarımbaşlığadək...

  

   Beləliklə;

  

   Bu səs, bu nəfəs gül-gül zəngulələr ahəngi, xal-xal “xırdalıq”lar nəhəngi...

   Bu avaz dədə-baba yollu, bu səda kəklik-turac hovlu. “Bəm”lər aşiq-məşuq pıçıltıları, “zil”lər tufan-qasırğamisal, kəhər-köhləntimsal...

   “Bəstə-Nigar”ı könül yuxusuzlarını, eşq yatmazlarını laylalayan çiskin yaz damcıları, kəskin payız leysanları...

   Mahnı və təsniflərindən “Nazlana-nazlana”sı - zövqümüzün səmasında, hər görəndə rəngbərəng göy qurşağına yansıtdığımız “Fatma xalanın hanası”, “Aşiqəm”inə - təzə-təzə könül açanlar “Kərəm olub, yanası”, salxım-salxım gilənənən “Gülə-gülə”si - qırımlarından qır damızdırmağa çalışan nazənin qızların dodaqlarına təbəssüm gülabı sıxası...

   Günlərin hansı bir günü, könlünün hansı bir anındasa qeyri-adi bir cuşa gəlib möhürlədiyi “Çahargah”ı isə, öz zəlzələvi guşələrilə huşyar zövqlərin fövqünə qalxmaqlıq, pünhani “nüktə”lər, hikkəvi ciknələrlə insan səsi normativinin axırına çıxmaqlıq...

   bu bədii-sentimental sətirlərin ardınca, izhari-rəsmi reallıq -

  

   Qısaca birtərcümey-hal”lıq

  

   Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunun Bayxanlı kəndində - bölgənin ünlü xanəndəsi Nüsrət Mirzəyevin ailəsində doğulub. Böyük sənət aləmi fəaliyyətinə 1960-cı ildə başlayıb, 50 ilə yaxın bir müddətdə təkrarsız səsi, gözəl ifaları ilə rəsmi tədbirlərdə, el-obanın toy-büsat şənliklərində, radio-televiziya dalğalarında çıxışlar edib, Dövlət Filarmoniyasında, “Azərkonsertbirliyində çalışmaqla, ürəkdən sevdiyi sevildiyi xalqın xidmətində olub.

   Özündən öncəki ustadların ifaçılıq ənənələrinə istedadlı bacarıqlı varis ləyaqətilə yanaşan, bu qədim qeyri-maddi irsi yaşatmağa çalışan S.Mirzəyevin özü , bənzərsiz səsi, ifa üslubu ilə milli musiqi sənəti tariximizin qızıl səhifələrinə düşüb.

   Böyük muğam aləmimizə ayrıca canlı bir guşə timsalında gələn, ifa etdiyi bir çox mahnı, təsnif muğamları (“Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşiqəm”, “Çahargah”, “Rast”, “Şahnaz”, “Segah”) Azərbaycan radiosununqızıl fondu”nda qiymətli sənət inciləri kimi qorunub-saxlanan, 2007-ci ildəƏməkdar artist” adına, habelə Prezident təqaüdünə layiq görülən Sabir Mirzəyev 23 iyul 2011-ci ildə vəfat edib.

  

   Sözü Səsi kimi...

  

   İfaları ürəyə noğul nağıllar kimi yatan bu xanəndənin danışığında da bir bənzərsizlik vardı. Lakin bu orijinallıqları içrə birisi olub ki...

   Bəli, bu sənətkar heç az yaşamadı, amma, təəssüflər ki, günü günün, ili ilin güdazına verə-verə, Tanrı lütfü olan bu ecazkar Səsin lent-yaddaşlara düşməsinə az cəhd elədi. Ancaq, deyim ki, onun bu günahının bir parası da biz xalqın öz boynunda; o dövrlərdə oğul evləndirib-qız köçürənlərin hansı biri öz toyunda Sabir Mirzəyevi görmək istəməzdi?!.

   Nəysə... Keçək buqədrinibilməzsənətkarın vaxtilə qəzetlərə, radio-televiziyalara verdiyi müsahibələrinxülasə”sinə:

   Mənim atamın da bütün cənub bölgəsinə sığmayan səsi vardı. Ancaq Bakıya gəlmədi. Yaxın dostlarının dediklərinə görə, orda onun səsinə həddən ziyadə vurğun olanların xatirinə uzaqlaşmaq istəmirmiş. Tanış-bilişinin mənimbülbül cəh-cəhimhaqda söhbətlərini isə çox da ciddiyə almırdı. Mən 6-cı sinifdə oxuyarkən duyuq düşdü dedi ki, xanəndə olmaq istəyirsənsə, zəhmət çək, özün öyrən, gözünün qabağında ata-müəllim var. Necə ki, sənin rəhmətlik babaların mənim cəh-cəhlərimə ancaqbəh-bəhediblər, başqa heç .

   Babalarım Cənubi Azərbaycanın Qaradağ vilayətindəndilər. O yerlərin hamısını öz gözlərimlə görəndən sonra anladım ki, Güneyimizdə muğamın əsas beşiyi Qaradağdır.

   Bizim kəndimiz Cənubi Azərbaycanla sərhəddə, dağlıq ərazidə, axar-baxarlı bir yerdədir.

   Bir gün atam vaxt eləyib kiçik qardaşımla mənə qulaq asdı, dedi: “Habildən oxuyan olacaq, amma sən heç. Çünki utancaqsan”.

   Düz deyirdi, yaman utancaq idim. Ovaxtlar mənim ən fəaldinləyicimkəndin kənarındakı yastı bir dağ yamacı idi...”

   “1957-ci il idi. Cəlilabadda orta məktəbdə oxuyurdum. SSRİ rəhbəri Xruşşovun respublikamıza gəlişi münasibətilə keçirilənÇiçəklənən Azərbaycanfestivalına məni yazdılar. Birinci yeri tutdum. OxuduğumŞahnaznəinki festival jürisinin, hətta böyük Seyid Şuşinskinin diqqətini cəlb edibmiş. Həmin müsabiqədə tarçalan gənclərdən biri məni ustadın evinə apardı. Ağa məni diqqətlə dinlədi, bəyəndiyini bildirdi dedi: “, indi dur get, 17 yaşının tamamından sonra gələrsən. O vaxta səsin dəyişməsə, mənim bu əla münasibətim dəyişməyəcək...”

   Kənd-kəsək konservatorluğuedən atası onu Bakıya buraxmaq istəməsə , xəlvəti olaraq Bakıya gəlib, Musiqi Texnikumunda qabiliyyət imtahanından əla qiymət alan Sabir tələbə adını qazanır ...

   Avqustun 26-sı idi, bir cəlilabadlı qohumun toyu münasibətilə Bakıya gəlmişdik. Məclis bitdi, qayıdanda, “Beşmərtəbə”nin yanında maşını saxlatdırıb düşdüm. Təəccüblə mənə baxan atama: “, ata, siz gedin, bu tələbə isə burda qalıb, dərslər başlayana qədər kirayə ev axtarsın”, - dedim...

   ...Xoşbəxtlikdən sənət müəllimim Seyid Şuşinski oldu! Muğamımızın ağa sənətkarının dərslərindən doymaz, hərdən evinə gedib, öyrəndikcə öyrənərdim. Hələ əfsanəvi Xan əmi, Zülfü Adıgözəlov kimi nəhənglərdən əxz etdiyim sehrlər-sirlər...”

  

   Həmin sehr-sirlərdən doğan izlər...

  

   Bu qəribə avazın sorağı paytaxt aləminə yayılır bir gün təkrarsız tarzən Hacı Məmmədov Sabirin səsini lentə almaq qərarına gəlir. 1961-ci ildə onun ifasındaMirzə Hüseynsegahı lentə köçürülür ...

   Doğrudan da, ifa çox gözəl alındı, radioda tez-tez səsləndirilməyə başladı. Lakin təxminən 6 aydan sonra onu yenidən səsləndirmək istədikdə, itdiyini dedilər. Yaman pərt oldum...”

   “1965-də Baba Salahov ansamblının müşayiətiləBəstənigarHisartəsniflərim lentə alındı. Dedilər, bunlarmöhür-ifalarolacaq. Dostlar məniBəstənigar” - deyə çağırırdılar...”

   Bir gün dedilər Adil Bəbirov Rübabə Muradovanın ifasında mahnıları lentə alır. Yığışıb getdik studiyaya. Lakin həmin məqamda Rübabə xanımın səsinin yerində olmaması üzündən lent yazılışı alınmadı. birdən Adil müəllim məndən səsimin yerində olub-olmadığını soruşdu. Dedim, pis deyil, dedidörd saat vaxtımız var, gəl, sənin səsini yazaq”. 20 dəqiqəlik məşqdən sonra, heç bir fasilə etmədənÇahargah”ı, “Dəşti”ni, “Aşiqəm”i oxudum tamamilə qüsursuz bir lent yazısı alındı...”

   Belə... Neçə illərdi bizimfitrətənhesab edib, “zərurətəndinlədiyimiz bu mükəmməl ifalar, sən demə, təsadüfən yazılıbmış...

   Bu xatirələrdən doymaq olmasa da, gəlin, bu yazını onunUzun ömrün akkordlarıtelefilmindəki məşhur, təkrarsız, ürəkləri riqqətə gətirəncəh-cəhsədalarını dinləyə-dinləyə başa vuraq...

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 21 iyul.- S.12.