Yay tətili uşaqların gözü ilə”

 

 

 

   Festivalda dekorativ, tikmə, toxuma, rəsm əsərləri nümayiş etdirilib

  

   Naxçıvan şəhərindəki Heydər Əliyev adına Uşaq-gənclər yaradıcılıq mərkəzində “Yay tətili uşaqların gözü ilə” devizi altında festival təşkil olunub.

   Tədbirdə diqqətə çatdırılıb ki, muxtar respublikada ilk dəfə ötən il “Naxçıvanqala” Tarix-memarlıq muzey kompleksində “Yay tətili uşaqların gözü ilə” devizi altında festival keçirilib.

   Bu il layihənin daha geniş miqyasda, muxtar respublikanın ayrı-ayrı rayonlarında keçirilməsi nəzərdə tutulub. İlkin mərhələ olaraq muxtar respublikanın Təhsil Nazirliyinə tabe olan 5 məktəbdənkənar müəssisənin istedadlı uşaqlarının hazırladıqları əl işləri - dekorativ, tikmə, toxuma, rəsm əsərləri nümayiş etdirilib.

   Festivalda Heydər Əliyev adına Uşaq-gənclər yaradıcılıq mərkəzinin, Estetik tərbiyə mərkəzinin mahnı və rəqs ansambllarının çıxışları maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2017.- 21 iyul.- S.6.