Simurq quşubaleti azərbaycanlı xoreoqrafın quruluşunda

 

 

 

   Avqustun 15-dən 20-dək Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsinin truppası Rusiyanın “şimal paytaxtı”nda qastrolda olacaq. Truppa Sankt-Peterburq Mariya Teatrında “Apollon”, “Simurq quşu” və “Jizel” baletlərini təqdim edəcək. Avqustun 15-də nümayiş etdiriləcək “Simurq quşubaletinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı həmvətənimiz Eldar Əliyevdir.

   E.Əliyev Bakıda doğulub. Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationaletruppasına rəhbərlik edib. 2016-cı ildə Rusiya Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib.

 

Mədəniyyət.- 2017.- 26 iyul.- S.3.