Sumqayıt Dram TeatrındaOcaqtamaşaya qoyulub

 

 

 

   Sumqayıt Dövlət Dram Teatrında Turqut ÖzakmanınOcaqəsərinə daxili baxış keçirilib.

   Bir ailənin iztirab təbəddülatları kontekstində cəmiyyətin müxtəlif sosial yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açıldığı əsərə Əməkdar artist Firudin Məhərrəmov quruluş verib.

   Tamaşada əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşimova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Habil Xanlarov, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Şəhla Məmmədova, İlahə Səfərova rol alıb.

 

Mədəniyyət.- 2017.- 26 iyul.- S.4.