Sosial-iqtisadi inkişafda mədəni irsin rolu

 

 

   Tvinninq layihəsi üzrə növbəti treninq keçirilib

  

   Mədəniyyət sektorunun siyasəti idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə dəstəkadı altında reallaşan tvinninq layihəsi çərçivəsində 17-21 iyul tarixində Azərbaycan Milli İncəsənət Muzeyində növbəti treninq sessiyası keçirilib.

   Azərbaycan Milli İncəsənət Muzeyindən verilən məlumata görə, Mədəniyyət Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə icra etdiyi layihənin budəfəki dördgünlük sessiyasıSosial-iqtisadi inkişafda mədəni irsin rolu; fandreyzinqmövzusuna həsr edilib.

   Sessiyada qeyri-kommersiya təşkilatlarının maliyyə vəsaitinin cəlb olunmasında fandreyzinqin (fəaliyyətin təşkil olunması ya hər hansı bir layihənin həyata keçirilməsi üçün vəsaitin cəlb olunması) rolu tətbiqi, donorla münasibətlərin qurulması üsulları, təşkilatları donorlar üçün cəlbedici edən amillər, donorlara təqdim olunan layihənin dəyərini əsaslandıran inandırıcı sübutun irəli sürülməsi digər mövzular müzakirə edilib.

   Seminar çərçivəsindəİqtisadi nəzəriyyə, mədəni irsin tərifi”, “Mədəni irs ərazisi iqtisadi inkişaf arasında əlaqə”, “Mədəni irs sektoruna əlavə maliyyə vəsaitlərinin cəlb olunmasında aparıcı beynəlxalq təşkilatlarTərəfdaş axtarışı Avropa İttifaqının maliyyə imkanlarına dair məlumatların əldə olunmasımövzularında məruzələr dinlənilib.

   Layihənin məqsədi Azərbaycan muzeylərini periferik mədəniyyət sektorundan ölkənin mədəni və iqtisadi həyatında müstəqil iştirakçıya çevirərək ölkənin sosial vəziyyətinin inkişafına və turist potensialının möhkəmlənməsinə dəstək olmaqdır.

   Qeyd edək ki, cari ildə tvinninq layihəsi çərçivəsində beş treninq sessiyası gerçəkləşib. 100-dən çox mədəniyyət işçisinin iştirak etdiyi layihədə, həmçinin mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəldilmiş təlimlər keçirilib.  

 

 

Mədəniyyət.- 2017.- 26 iyul.- S.5.