Ukrayna xalq qəhrəmanının abidəsinin müəllifi soydaşımızdır

 

 

   İyul ayının 22-də Xarkov vilayətində Ukraynanın milli qəhrəmanı, 330 il öncə Ukrayna getmanı seçilmişmilli azadlıq mübarizəsinə başçılıq etmiş İvan Mazepanın abidəsinin açılışı olub. Abidənin müəllifi soydaşımız, tanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının kafedra müdiri Seyfəddin Qurbanovdur. Abidənin hündürlüyü pyedestal ilə birlikdə 5 metrdir.

   Uzun illərdən bəri Ukraynada yaşayan Seyfəddin Qurbanovun əsərləri həm bu ölkədə, həm də onun hüdudlarından kənarda məşhurdur. Onun Xarkovda qoyulmuş "Damdakı skripkaçı" heykəli artıq uzun illərdir ki, bu şəhərin rəmzinə çevrilib. Tanınmış heykəltəraş Kiyevdə Səməd Vurğun abidə kompleksinin, Sloveniyanın Lyubyana şəhərində əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin heykəlinin və Ukraynanın şəhərlərini bəzəyən onlarla əsərin müəllifidir.

 

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 26 iyul.- S.11.