“Retro Bakılayihəsində konsertlər davam edir

 

 

   Hər həftəsonu paytaxtın Fəvvarələr meydanında gerçəkləşən “Retro Bakı” layihəsinin növbəti konsertləri iyulun 28-də və 29-da keçiriləcək.

   Konsertlər Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə üzrə mərkəzin təşkilatçılığı ilə reallaşır.

   İdarədən bildirilib ki, saat 19-da başlanan budəfəki konsertlərdə də tanınmış müğənnilər maraqlı repertuarla paytaxt sakinləri və qonaqların görüşünə gələcək.

 

 

Mədəniyyət.- 2017.- 28 iyul.- S.2.