“Rəssamla tanışlıq” layihəsində növbəti tədbir

 

 

 

   “YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq” layihəsi çərçivəsində növbəti tədbir fotoqrafiyaya həsr ediləcək. Layihənin qonağı tanınmış fotoqraf Elmar Mustafazadə olacaq.

   İyulun 31-də keçiriləcək tədbirdə fotoqrafiya sənətinə aid suallar cavablandırılacaq, bu sahəyə dair məsələlər müzakirə ediləcək. Tədbirdə iştirak sərbəstdir.

   Dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunan E.Mustafazadə yaradıcı fotoqrafiyada sənədli-bədii üsluba üstünlük verir. O, 2009-cu ildən peşəkar fotoqrafiya ilə məşğul olur. Azərbaycan Fotoqraflar Birliyininİlin debütü - 2011” mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2017.- 28 iyul.- S.6.