“Nağıllara səyahət”də “Ceyranın ad günü

 

 

 

   Beynəlxalq uşaqları müdafiə günü ilə əlaqədar “Kapital Bank” tərəfindən “Nağıllara səyahət” adlı sosial layihə təşkil edilib. Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunub. Lənkəran Dövlət Dram Teatrında azyaşlı sənətsevərlər Ələsgər Qurbanovun “Ceyranın ad günü” tamaşasına baxıblar.

   Maraqla izlənilən səhnə əsərinin quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Əməkdar artist Sücəddin Mirzəyev, aktyorlar Emin Fərzullayev, Səyyad Əliyev, Qızılgül Quliyeva, Təranə Fərəcova, Şəbnəm Hüseynova, Günel Abbaszadə, Aysel Cahangirli və digərləri ifa ediblər.

   Tamaşadan sonraKapital Bank” tərəfindən uşaqlara müxtəlif hədiyyələr verilib.

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.4.