Əməkdar artistinYaranışkompozisiyası təqdim olunub

 

 

 

   Mayın 30-da Beynəlxalq Mətbuat Mərkəzində nağara ifaçısı, Əməkdar artist Kamran KərimovunYaranışkompozisiyası klipinin təqdimatı keçirilib. Kompozisiyanın ərsəyə gəlməsində 2 davul bir qoşanağara əlavə 4 nağaranın müşayiətindən istifadə edilib.

   Musiqiçi kompozisiyanın yaranması ilə bağlı fikirlərini bölüşərək bildirib ki, ifalarında görkəmli nağaraçıların üslubundan yararlanıblar: “Düşündüm ki, ifam fərqli alınsın. Çünki nağara tək zərb aləti deyil, bu alətin özəlliklərini göstərmək istədim. Klipdə isə dramaturji xətt yaratmağa çalışdım, çox məsuliyyətli bir idi”.

   Tədbirdə Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, xanəndə, Xalq artisti Nəzakət Teymurova başqaları çıxış edərək K.Kərimovun ifası ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, o, bu gün nağara ifaçılığında öz dəst-xətti ilə seçilən müşayiətçilərindəndir. O da qeyd olunub ki, belə layihələr dəstəklənməli genişlənməlidir ki, dinləyicinin müqayisə etmək imkanı olsun.

   Qeyd edək ki, rejissoru Samir Qulamov olanYaranışkompozisiyasının ərsəyə gəlməsinə Mədəniyyət Turizm Nazirliyi iləQobustanMilli tarixi-bədii qoruğu dəstək verib.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.6.