Ənənəvi “Kitab bayramı” maraqlı anlarla yadda qalıb

 

 

   Quba rayon MKS-nin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Mədəniyyət evinin qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ənənəvi “Kitab bayramı” keçirilib.

   Tədbirdə rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəxşəndə Bayramova, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, MKS-nin direktoru Saməddin Nəsirovun çıxışları dinlənilib.

   Kitab bayramı”nda müxtəlif başlıqlar altında kitab sərgiləri, kitabxananın fəal oxucularının əl işləri nümayiş etdirilib.

   * * *

   Şəki şəhərində Mirzə Fətəli Axundzadə adına kinoteatrın qarşısındakı meydanda keçirilən “Kitab bayramı”nda çıxış edən MKS-nin direktoru Seyid Vahabov, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyətinin sədri Məmmədnuru Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki Filialının müəllimi Kamil Adışirinov, İcra Hakimiyyətinin məsul əməkdaşı Mais Səlimov və başqaları son illər ölkəmizdə kitabxana işi sahəsində informasiya texnologiyalarının tətbiqi, oxuculara xidmət prosesinin təkmilləşdirilməsindən danışıblar.

   Şəki şəhər musiqi məktəblərinin kollektivləri və rəqs qruplarının ifaları tədbirə rəng qatıb.

   * * *

   Ağcabədi rayon Mədəniyyət mərkəzində keçirilən “Kitab bayramı”nda 2 minədək kitabelektron nəşr nümayiş etdirilib. MKS-nin direktor müavini Təranə Məmmədova və digər çıxış edənlər ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən danışıblar. Tədbirdə şeirlər səsləndirilib, uşaqların ifasında kompozisiyalar nümayiş etdirilib.

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.7.