Milli KonservatoriyadaAzərbaycan sufi musiqisidinlənilib

 

 

   Azərbaycan Milli Konservatoriyasında bu təhsil ocağının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim tələbələrininAzərbaycan sufi musiqisiadlı konserti olub. Konsertdən əvvəl Fəxrəddin Salim sufi musiqisinin əsas mahiyyəti, tarixi barədə məlumat verib. Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq şairi Sabir Rüstəmxanlı, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova başqaları Fəxrəddin Salimin yaradıcılığı təqdim olunan konsert barədə öz fikirlərini səsləndiriblər.

   Konsert proqramında F.Salim tərəfindən Azərbaycanın görkəmli şairlərinin (İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, Ə.Vahid) qəzəllərinə yazılmış musiqilər səsləndirilib. Azərbaycan Milli Konservatoriyası tələbələrindən ibarət ansamblF.Salimin sazda ifa etdiyi sufi musiqiləri böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.8.