“Pillə” - uşaqların bayram konserti

 

 

   Heydər Əliyev Sarayında 1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş “Pillə” adlı bayram konserti keçirilib. Konsert Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə baş tutub.

   Konsertin təşkilində məqsəd gənc və istedadlı uşaqların yaradıcı potensiallarının üzə çıxarılmasıdır.

   İdarənin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə möhtəşəm proqram təqdim olunub.

   Həmçinin paytaxtın incəsənət məktəblərində təhsil alan istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib. Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert yüksək bayram əhvali-ruhiyyəsində keçibuşaqlara sevinc bəxş edib.

 

Mədəniyyət.- 2017.- 2 iyun.- S.16.