Dünya Turizm Təşkilatı Avropa Regional Komissiyasının toplantısı

 

 

   İyunun 6-da Moldovanın paytaxtı Kişineuda Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı Avropa Regional Komissiyasının 61-ci toplantısı işə başlayıb. 42 ölkənin turizm sahəsi üzrə səlahiyyətli şəxslərinin qatıldığı toplantıda mədəniyyət turizm nazirinin müavini Nazim Səmədov iştirak edir.

   Tədbirə Dünya Turizm Təşkilatının qoşulmuş üzvü (Affiliate member) - Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev qatılıb.

   Toplantıda təşkilatın baş katibinin müvafiq dövr üzrə hesabatı dinlənilib, 2016-2017-ci illər üzrə ümumi proqrama əsasən qlobal, regional qoşulmuş üzvlər tərəfindən görülmüş işlərə dair hesabatlar təqdim olunub.

   Bununla yanaşı, DTT-nin Proqram Büdcə, Turizm Davamlılıq, Turizm Rəqabət, Statistika komitələri tərəfindən müvafiq hesabatlar iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin turistlərin turizm xidmətləri təminatçılarının hüquq vəzifələrinin qorunması üzrə konvensiya layihəsi müzakirə olunub.

   Nazir müavini Nazim Səmədov təşkilatınTurizm etikası üzrə Konvensiya”sının hazırlanması məqsədilə yaradılmış işçi qrupun rəhbəri kimi çıxış edərək, qrupun gələcək fəaliyyəti haqqında məlumat verib.

   Toplantıda həmçinin 2018-2019-cu illər üzrə tədbirlər planına əsasən görüləcək işlər, DTT Baş Assambleyasının təşkili ilə bağlı hazırlıq işləri, həmçinin qurumun Avropa Regional Komissiyasının növbəti, 62-ci toplantısının keçiriləcəyi yer tarixlə bağlı məsələlər müzakirə olunacaq.

  

 

Xalq Cəbhəsi.- 7 iyun.- S.4.