“Silk Way Travel” turizm şirkətinin baş direktoru vəfat edib

 

 

 

   Azərbaycan turizm ictimaiyyətinə itki üz verib. “Silk Way Travel” turizm şirkətinin baş direktoru Şirzad Əfəndiyev iyunun 2-də, 58 yaşında vəfat edib.

   Şirzad Bahəddin oğlu Əfəndiyev 19 iyul 1959-cu ildə Qəbələ rayonunda anadan olub. 1981-ci ildə Kiyev Yüngül Sənaye Texnologiya İnstitutunu mühəndis-iqtisadçı ixtisası üzrə bitirib. Ali təhsilini başa vurduqdan sonra Bakı şəhərində əmək fəaliyyətinə başlayıb. Müxtəlif işlərdə, o cümlədən turizm səyahətlər sahəsində mühüm vəzifələrdə çalışıb.

   Şirzad Əfəndiyev 1992-1996-cı illərdəİmprotexşirkətində baş məsləhətçi işləyib, 1996-cı ildən 2000-ci ilədək “Baku Airways” aviasiya şirkətinin idarə heyətinin sədr müavini olub. 2000-ci ildən AZAL Dövlət Konsernində fəaliyyət göstərib. 2008-ci ildən “Silk Way Travel” turizm şirkətinin baş direktoru idi.

   Bu illər ərzində işgüzarlığı, təşkilatçılıq bacarığı, təşəbbüskarlığı ilə ölkənin turizm ictimaiyyətində böyük hörmət nüfuz qazanıb.

   Şirzad Əfəndiyevin əziz xatirəsi onu tanıyanların yaddaşında əbədi yaşayacaq.

   Allah rəhmət eləsin.

 

   Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi

   Azərbaycan Turizm Assosiasiyası respublikanın turizm ictimaiyyəti

 

Mədəniyyət.- 2017.- 7 iyun.-S.9.