Ölkəmiz Alanya kinofestivalında dörd filmlə təmsil olunub

 

 

 

   23-29 may tarixində Türkiyənin Alanya şəhərində keçirilən ənənəvi beynəlxalq film festivalında Azərbaycan dörd tammetrajlı bədii film ilə təmsil olunub.

   Festivala Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında istehsal olunmuş ekran əsərləri - Şamil ƏliyevinÇölçü”, Ülviyyə KönülünHəddən artıq uyğunluq”, İlqar Safatınİçərişəhər Mirbala SəlimlininQırmızı bağfilmləri qatılıb.

   Festivalda iştirak edən fəxri qonaq - Xalq artisti Fəxrəddin Manafov, əməkdar artistlər Mehriban Zəki (“İçərişəhərfilmi), Gülzar Qurbanova (“Qırmızı bağfilmi), Bəhruz Vaqifoğlu (“Çölçüfilmi), Əməkdar incəsənət xadimi, rejissor Mirbala Səlimli, rejissorlar Şamil Əliyev, İlqar Safat mükafatlarla təltif olunublar.

   Festival çərçivəsində Azərbaycanla yanaşı Rusiya, Belarus, UkraynaEstoniya istehsalı olan filmlər Alanya İskele meydanında yerləşən açıq səma altında kinoteatrdaMahmutlar Mədəniyyət mərkəzində yaradıcı heyətin və türkiyəli media nümayəndələrinin iştirakı ilə nümayiş olunub. Ekran əsərləri türkcə və rusca titrlərlə göstərilib.

 

Mədəniyyət.- 2017.- 7 iyun.- S.12.