Milli Turizm Təbliğat Bürosu ilə turizm şirkətləri arasında görüş keçirildi

 

 

 

   “Ölkəmizdə turistlərə göstərilən xidmətin çeşidi və keyfiyyəti ildən-ilə yüksəlir”

  

   İyunun 8-də “Bulvar Hotel”də Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizmi sahəsində ixtisaslaşmış turoperatorturizm şirkətləri ilə Mədəniyyət və Turizm Nazirliyi Milli Turizm Təbliğat Bürosunun görüşü keçirildi.  

   Görüşün məqsədi gəlmə turizmi sahəsində ixtisaslaşmış yerli turoperatorlarturizm şirkətləri ilə ictimai müzakirələr aparmaq, mövcud problemlərin həlli ilə bağlı əməkdaşlıq imkanlarını nəzərdən keçirmək idi.

   Tədbiri giriş sözü ilə açan Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev qurumun həyata keçirdiyi layihələr barədə məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yaradılan qurum bu ilin fevralında fəaliyyətə başlayıb. Büro paytaxtımızın beynəlxalq turizm imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması missiyasını həyata keçirəcək. Qeyd olundu ki, Büro tərəfindən Bakı şəhərinin brend strategiyası ilə bağlı təkliflər hazırlanacaq, şəhərin brendi formalaşdırılacaq və onun beynəlxalq səviyyədə təbliği üzrə tədbirlər görüləcək.

   Fuad Nağıyev onu da bildirdi ki, qurum tərəfindən Novruz bayramı günlərində Bakıda paytaxt sakinləri və qonaqlar üçün silsilə tədbirlər həyata keçirilib. IV İslam Həmrəyliyi Oyunları günlərində isə bir sıra ölkələrin mədəniyyət günləri təşkil olunub.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Turizm Təbliğat Bürosunun fəaliyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, ötən müddət ərzində Büro tərəfindən mühüm layihələrə imza atılıb. Bu da deməyə əsas verir ki, göstərilən səylər nəticəsində Azərbaycanda beynəlxalq səviyyəli turizm xidmətlərinin tətbiqinə nail olunacaq: “Qədim tarixə, zəngin mədəniyyətə, yüksək qonaqpərvərliyə malik olan ölkəmizdə turizm sahəsinin daha da inkişafı üçün böyük potensial mövcuddur. Son illərdə bu istiqamətdə böyük layihələr icra olunub, müasir infrastruktur yaradılıb. Ölkəmizdə dünyanın məşhur brend hotelləri fəaliyyət göstərir, turistlərə göstərilən xidmətin çeşidi və keyfiyyəti də ildən-ilə yüksəlir. Milli Turizm Təbliğat Bürosu da bu potensialın təbliği və ölkəyə daha çox turist axınının təmin olunması məqsədilə yaradılıb. Büro turizm sahəsində dəyərli ideyaları ortaya qoyaraq ölkəmizi daha geniş tanıdan turizm məhsulu təqdim etməlidir”.

   Nazir diqqətə çatdırdı ki, Novruz bayramından etibarən Büro tərəfindən Bakının bir neçə məkanında müxtəlif tədbirlər, mədəni təqdimatlar keçirilib. Bununla da yeni turistik məkanlar formalaşıb. Respublikanın bir sıra regionlarında isə bu cür məkanlar ötən ildən fəaliyyətə başlayıb. Büro həm internet vasitəsilə, həm də tədbirlərin keçirilməsi ilə bir neçə sahədə təqdimatlar edir.

   Vurğulandı ki, ölkəmizə daha çox turistin gəlməsi və daha səmərəli fəaliyyət üçün Milli Turizm Təbliğat Bürosu ilə turizm şirkətləri sıx əməkdaşlıq etməlidirlər. Həmçinin ixtisaslı kadrların turizm sənayesinə cəlb olunması üçün Azərbaycan TurizmMenecment Universiteti ilə də əlaqələr genişləndirilməlidir.

   Turizm sahəsində qanunvericiliyin formalaşdırılması məsələsinə toxunan nazir qeyd etdi ki, yeni qanun hazırlanır və Milli Məclisin payız sessiyasında qəbul olunacağı gözlənilir. Bundan sonra turizm sahəsində fəaliyyətin təşkili daha səmərəli həyata keçiriləcək.

   Nazir həmçinin beynəlxalq səyahət və hotel bronlaşdırma xidməti olan Booking.com şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi və Ermənistan tərəfindən “Artsaxturizm təşkilatının Dünya Turizm Təşkilatının Yardımçı orqanına namizədliyi ilə bağlı məlumatlara da münasibət bildirdi. Qeyd etdi ki, bu “təşkilat”ın DTT-nin orqanına üzvlüyə qəbul edilməsinin qarşısı alınıb. Həmçinin Mədəniyyət və TurizmXarici İşlər nazirlikləri tərəfindən Booking.com şirkətinə etiraz məktubları göndərilib.

   Əbülfəs Qarayev ölkəmizə gələn turistlərin sayının ilbəil artdığını vurğuladı. Bildirdi ki, əgər ötən ilin may ayında ölkəmizə 174 min nəfər turist gəlmişdisə, bu ilin müvafiq dövründə 211 min turist səfər edib:Bu, təxminən 30 faiz artım deməkdir. Ümumən ötən ilin beş ayında ölkəyə 768 min turist gəlmişdisə, bu il 956 min turist gəlib. Bu da 200 minə yaxın artım deməkdir. Bu artımlar viza rejiminin sadələşdirilməsi ilə birbaşa bağlıdır. Biz 90-a yaxın ölkəyə qapımızı açmışıq”.

   Görüşdə Milli Turizm Təbliğat Bürosunun əməkdaşları Kənan Qasımov “Büronun yaradılması, fəaliyyəti və qarşıya qoyulan vəzifələr”, Fərhad Aşurbəyli “Turizm potensialının təbliğində onlayn resursların roluturizm firmaları ilə əməkdaşlıq imkanları”, Cəmilə Talıbzadə “Marketinq siyasəti və turizm firmalarının prosesdə iştirakı” mövzularında təqdimatlarla çıxış etdilər.

   Toplantıda Milli Turizm Təbliğat Bürosunun yanında yerli turoperatorlarturizm şirkətlərindən ibarət Ekspert şurasının yaradılması ilə bağlı zərurət və şuranın fəaliyyət istiqamətləri barədə də söz açıldı.

   Yeni turist marşrutlarının formalaşdırılması, turist məmnunluğunun artırılması, bu sahədə mövcud problemlərin həlli ilə bağlı müzakirələr aparıldı, təkliflər səsləndirildi.

  

   F.Hüseynov

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.3.