Uşaqlardan uşaqlara

 

 

   Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qala-konserti

  

   İyunun 7-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrının səhnəsində ənənəvi hesabat konsertini təqdim edib.  

   Qala-konsertin proqramı zəngin rəngarəng idi. Multikultural dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Dövlət Uşaq Filarmoniyası bu dəfə xalq rəqsləri, Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya xalqlarının rəqs mahnılarına da müraciət etmişdi.

   Proqram Eldar MansurovunAzərbaycan süitasıilə başlayıb. Səhnəyə ilk olaraq qız oğlanlardan ibarət rəqs ansamblı çıxıb. Sonra bir-birinin ardınca konsertin bütün iştirakçıları möhtəşəm çıxışlarını tamaşaçılara təqdim edib.

   200 uşağın iştirakı ilə baş tutan tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı, “Şəmsuşaq xoru, eləcə Uşaq xor kapellası da çıxış edib.

   Uşaqların çıxışları ilə yanaşı geyimlərini qeyd etmək lazımdır. Uşaq Filarmoniyasının rəhbəri, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva tərəfindən bu məsələyə həmişəki kimi xüsusi diqqət ayrılmış, Azərbaycan rəqslərində istifadə olunan geyimlərin ornamentlərindən tutmuş Avropa xalq rəqsləri ifa olunan geyimlərdəki kiçik detallara qədər hər bir element incəliklə nəzərə alınmışdı.

   Uşaqlardan uşaqlarakonserti bütün iştirakçı izləyicilərə xoş anlar, zəngin təəssürat yaşatdı.

  

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.4.