Əməkdar artist Salman Qəmbərov Almaniyada çıxış edib

 

 

 

   Tanınmış caz ifaçısı, Əməkdar artist Salman Qəmbərov Almaniyanın Köln Darmştadt şəhərlərində təşkil edilən “Jazz meets world” adlı konsertdə çıxış edib. Eorasiyans Unity” ansamblının tərkibində çıxış edən S.Qəmbərov milli musiqilərimizlə yanaşı, dünya bəstəkarlarının əsərlərini səsləndirib.

   Bu barədə məlumat verən ifaçı bildirib ki, konsertlərdə İran, Polşa, Almaniya, Özbəkistan və Bolqarıstandan ümumilikdə 7 musiqiçi iştirak edib: “Ölkəmizi mən təmsil edirdim. Konsertimizə böyük maraq var idi, çıxışımız tamaşaçı alqışları ilə qarşılandı. Bundan sonra konsertdə səslənən ifaları diskə köçürmək üçün 5 gün Berlinin “RBB” radiostansiyasının səsyazma studiyasında olduq. Yaxın vaxtlarda diskimiz tam hazır olacaq”.

   Əməkdar artist əlavə edib ki, Almaniyanın məşhur saksofon ifaçısı Coroline Thonun təşəbbüsü ilə baş tutan konsertdə özbək müğənnisi Feruza Okilova görkəmli bəstəkarımız Fikrət Əmirovun “Göygöl” mahnısını da ifa edib.

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.4.