Uşaq incəsənət məktəbinin 50 yaşı qeyd olunub

 

 

   Balakən rayon Bülbül adına Uşaq incəsənət məktəbinin fəaliyyətə başlamasından 50 il ötür. Bu münasibətlə rayon Mədəniyyət mərkəzində yubiley mərasimi keçirilib.  

   Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova, Şəki, Zaqatala, Qax rayon uşaq musiqi və incəsənət məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri və musiqisevərlər iştirak ediblər.

   Əvvəlcə məktəbin direktoru Arifə Tağıyeva ölkəmizdə mədəniyyət və incəsənətin, uşaq yaradıcılığının inkişafına göstərilən diqqət və qayğıdan danışıb, bu illər ərzində məktəbin qazandığı bir çox uğurlardan geniş söhbət açıb.

   Sonra məktəbin şagirdləri hazırladıqları konsert proqramı ilə çıxış ediblər. Şəki 4 saylı uşaq musiqi məktəbinin müəllim və şagird kollektiviöz maraqlı musiqi nömrələri ilə yubiley tədbirində iştirak edib.

   Sonda Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edib. Yubiley münasibətilə məktəbin bir qrup işçisi regional idarənin fəxri fərmanı ilə mükafatlandırılıb.

 

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.7.