Diplomatik əlaqələrin 25 illiyi münasibətilə musiqi axşamı

 

 

 

   İyunun 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə konsert proqramı təşkil olunub.

   Konsertdən əvvəl çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav iki ölkə arasında sürətlə inkişaf edən əməkdaşlıqdan danışıb. Ölkələrimiz arasında mədəniyyət sahəsindəki əlaqələri daha da genişləndirməyin əhəmiyyətinə toxunan diplomat bu əlaqələrin gələcək inkişafı baxımından belə tədbirlərin təşkil olunmasının vacibliyini vurğulayıb.

   Konserti Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. İsrail pianoçusu Doren Qolanın ifasında tanınmış bəstəkarların əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2017.- 9 iyun.- S.8.